Almaniya yığmasının sabiq türk futbolçusu Mesut Özil Azərbaycana gəlir.
Teleqraf.com xəbər verir ki, bu barədə ağdamlıların rəsmi səhifəsi paylaşım edib.
O, “Qarabağ” klubunun qonağı olacaq.
Özil oktyabrın 11-də “Qarabağ”ı ziyarət edəcək, əvvəlcə komandanın məşqini izləyəcək. Daha sonra isə gənc futbolçularla əyləncəli oyun keçirəcək.