13 Fevral 2015 09:57
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Çelsi" klubu gənc futbolçusu yarımmüdafiəçi Eden Azar müqavilə müddətini uzadıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yeni saziş 5 il yarım müddətinə nəzərdə tutulub. Müqavilə imzalandıqdan sonra Azar fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb:

“Çelsi” ilə müqavilə yenilədiyimə görə çox xoşbəxtəm. Bura gəldiyim gündən bəri özümü rahat hiss edirəm. Klub həmişə məni dəstəkləyir.

Oyunumu inkişaf etdirməyimdə baş məşqçinin böyük rolu olub. Həmçinin azarkeşlər mənə qarşı çox yaxşı davranırlar. Komanda yoldaşlarımla münasibətlərim də qaydasındadı.

Ümid edirəm ki, bu dəstəyin qarşılığını çoxlu titullar qazanmaqla verə biləcəyik”.

Qeyd edək ki, “Çelsi” klubu hazırda ingiltərə Premyerliqasında ilk pillədədir.

Rüstəm


Müəllif: