15 May 2014 15:08
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Televiziyada canlı yayımlara görə İngiltərə klublarına son mövsümə görə ödəniləcək məbləğlər bəlli olub.

Teleqraf.com xəbər verir ki, ən çox qazanan “Liverpul” klubu olacaq. Televiziya yayımına görə, “Liverpul”a 97,5 milyon funt ödəniləcək. İngiltərə çempionu “Mançester Siti”yə 96,6 milyon, “Çelsiyə” isə 94,1 milyon funt veriləcək.

Həmçinin premyer liqanı tərk edən “Norviç”, “Fulhem” və “Kardif” öz paylarına düşən məbləğləri alacaqlar. Həmin 3 kluba müvafiq olaraq 64,5, 63,3 və 62 milyon funt ödəniləcək.

Xatırladaq ki, ötən ilin çempionu “Mançester Yunayted” keçən mövsüm üçün TV yayımdan 60,8 milyon funt qazanmışdı.

Aygün İlqarqızı


Müəllif: