15 May 2014 15:24
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Soma şəhərində baş verən mədən faciəsi Azərbaycan Topaz Premyer Liqasının mayın 17-də keçiriləcək qarşılaşmalarında anılacaq.

“Axar.az” xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, AFFA-nın verdiyi qərara görə, meydana çıxacaq futbolçular oyundan əvvəl Somada ölənlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edəcəklər.

Oyunçular meydana qara sarğı ilə çıxacaqlar.


Müəllif: