23:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Avropa Liqasında 5-ci turun oyunları keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da meydana çıxır.

Ağdam klubu Bakıda "Lion"la (Fransa) üz-üzə gəlir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayıb.

"Lion" hazırda 7 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 3 xalı olan "Qarabağ" isə 29-cudur. Ağdam təmsilçisi bu gün qalib gələcəyi halda, "pley-off" iştirakçılarının yer alacağı "24"lüyə daxil ola bilər.

Qeyd edək ki, "Qarabağ" 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda "Ayaks"a (0:3) məğlub olub. Qurban Qurbanovun komandası 4-cü turda Norveç səfərində "Bodo Qlimt"ə 2:1 hesabı ilə qalib gəlib.

28 noyabr

21:45.“Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa) - 1:4
Qol: Mikautadze, 15, Tolisso, 63, Fofana, 68, Mikautadze, 80 (0:4), Juninyo, 88-pen. (1:4)

Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Bosko Bozoviç, Milan Mitiç (hamısı Serbiya)

Tofiq Bəhramov adına Respublika Stadionu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər