30 Noyabr 00:45
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur italyan futbolçu Françesko Totti vergidən yayınmaqda ittiham olunur.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, idmançı artıq Roma məhkəməsinin şübhəlilər siyahısındadır.

Məlumata görə, "Roma"nın eks-kapitanı sosial şəbəkələrdə reklam çarxları və yazılarından əldə etdiyi gəlirin bir hissəsini bəyan etmək üçün tələb olunan vergi nömrəsini bilərəkdən gizlədib.

Onun borcunun bir neçə min avro təşkil etdiyi, lakin faizlər və cərimələr səbəbindən məbləğin 200 min avroya qədər artdığı qeyd edilir. Bu rəqəmlərin 10 dəfə çox ola biləcəyi təxmin edilir.


Müəllif: Arzu

Oxşar xəbərlər