5 Dekabr 2024 20:59
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl-Nəsr" və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanda keçiriləcək 2034-cü ilin dünya çempionatı çərçivəsində təşkil olunan tədbirdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, 39 yaşlı hücumçu yeniyetmə futbolçularla görüşdə deyib:

"Səudiyyə Ərəbistanda keçiriləcək dünya çempionatı bir çox gənc futbolçuları inkişaf etməyə ruhlandırır. Xoş oldu ki, 2034-cü ildə öz ölkələrində dünyanı qarşılamağı arzu edən bəzi gənclərlə görüşdüm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər