FİFA "transfer pəncərələri" ilə bağlı yeni qərar qəbul etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, ali idman qurumu 2025-ci ildə təşkil edəcəyi Klublararası Dünya Çempionatı ilə əlaqədar 3-cü "transfer pəncərəsi"nin açılmasını nəzərdə tutub.
14 iyun - 14 iyul tarixlərində baş tutacaq turnirdə iştirak edəcək komandalar çempionatdan öncə 1- 10 iyun aralığında transfer edə biləcək.
Yay "transfer pəncərəsi" isə 1 iyuldan açılacaq