Türkiyə superliqasında 15-ci turun oyunları davam etdirilib.
Teleqraf.com xəbər verir ki, lider “Qalatasaray” “Sivasspor”un qonağı olub. Matç Okan Burukun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sivasspor” - “Qalatasaray” - 2:3
Qollar: Rodriges, 25 (1:0), Yunus Akgün, 36 (1:1), Osimhen, 45+9-pen. (1:2), Barış Alper Yılmaz, 53 (1:3), Boke, 90+1 (2:3)
14 oyundan sonra xalını 38-ə yüksəldən “Qalatasaray” liderliyini daha da gücləndirib. İkinci pillədə qərarlaşan “Fənərbaxça”nın 14 oyundan 32 xalı var. İlk üçlüyü 15 matçdan 29 xal toplayan “Samsunspor” tamamlayır.