13 Dekabr 21:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyası ( FİFA ) 2026-cı il dünya çempionatının püşkatma mərasiminin rəsmi yayımında Krımın Rusiyanın bir hissəsi olduğu xəritəni göstərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın "Birinci İdman" teleqram kanalı məlumat yayıb.

Ukrayna Futbol Assosiasiyası (UAF) məsələ ilə bağlı yaxın vaxtlarda FİFA-ya etiraz məktubu ünvanlayacaq.

Xatırladaq ki, 2022-ci ilin yazında FİFA və Avropa Futbol Assosiasiyaları İttifaqı Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alaraq, Rusiya millisinin , eləcə də bütün Rusiya klublarının yarışda iştirakını dayandırmaq qərarına gəlib. Həmçinin Rusiya yığmasının DÇ-2026-nın seçmə mərhələsinin püşkatmasında iştirakına icazə verilməyib.


Müəllif: Ayxan

Oxşar xəbərlər