19 Fevral 2015 18:27
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA prezidentliyinə namizəd olan Luiş Fiqo planları haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Portuqaliya futbolunun canlı əfsanəsi Dünya Çempionatında iştirak edəcək komandaların sayını 32-dən 40-a və ya 48-ə qaldırılmasının mümkünlüyündən danışıb:

"Dünya Çempionatında iştirak edən komandaların sayını 32-dən 40-a və yaxud da 48-ə qaldıra biləcəyimizi düşünürəm. Bunun üçün turnirə sadəcə 3-4 gün əlavə etmək lazımdı. İştirakçıların sayını artırsaq, Avropa xaricindən qatılan yığmaların sayı da artar".

Fiqo bununla yanaşı, futbol qaydalarında da bəzi dəyişikliklər etmək istəyir:

"Cərimə meydançasında olan qayda pozuntuları zamanı komanda 3 dəfə cəzalandırılır: həm futbolçu qırmızı vərəqə alır, həm komandamın qapısına penalti təyin olunur, həm də həmin futbolçu sonrakı oyunlarda meydana çıxa bilmir. Bu vəziyyəti dəyişmək istəyirəm.

Offsayda gəlincəysə, köhnə qaydanın tətbiqini dəstəkləyirəm. Futbolçu epizoda birbaşa təsir etməsə belə, offsaydda sayılmalıdı".

Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər 29 mayda keçiriləcək.

Rüstəm


Müəllif: