Əfsanəvi fransız futbolçu Zinəddin Zidan məşqçilik karyerasını davam etdirmək və Fransa millisinə rəhbərlik etmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Məlumata görə, 52 yaşlı fransalı 2022-ci ildə yığmaya rəhbərlik edəcəkdi, lakin o zaman hazırkı baş məşqçi Didye Deşam postunu tərk etməyib. İndi Zidan Fransa federasiyasından təklif gözləyir.