16:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turan Tovuz”da debütümü səbirsizliklə gözləyirəm”.

Bu sözləri "Teleqraf.com"a açıqlamasında komandanın yeni transferi Orxan Əliyev deyib. 29 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının XIX turunda sabiq komandası “Kəpəz”ə qarşı matçın hazırlıqlarından söz açıb: “Oyunlara normal hazırlaşıram. “Kəpəz”lə matça da ümumi yanaşıram. Hər şey qaydasındadır, həvəslə məşqlərimə davam edirəm. Baş məşqçi Kurban Berdıyev şans versə, əlimdən gələni edəcəyəm. Alınsa, “Kəpəz”lə oyundaca komandama kömək etməyə çalışacağam".

O.Əliyev hazırkı vəziyyətindən də danışıb: "Fiziki durumum normaldır. Düzdür, tam istədiyim səviyyədə deyil. Amma bir neçə tura daha yaxşı olacaq”.

Qeyd edək ki, “Turan Tovuz” qış transfer dönəmində “Kəpəz”dən aldığı Orxan Əliyevlə 2026-cı ilədək müqavilə imzalayıb. Azərbaycan Premyer Liqasının XIX turuna təsadüf edəcək Qərb derbisi yanvarın 19-da saat 16:00-da start götürəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər