11:19
12 Punto 14 Punto 16 Punto 18 Punto

Olavio Juninyonun "Qarabağ"dan Braziliyanın "Flamenqo" klubuna keçidi şəxsən baş məşqçi Felipe Luisin istəyi ilə gerçəkləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rio-de-Janeyro təmsilçisinin futbol direktoru Joze Boto "Globo" nəşrinə açıqlamasında bildirib.

Portuqaliyalı funksionerin sözlərinə görə, 29 yaşlı hücumçu skautların köməyi nəticəsində alınmayıb: "Aldığımız futbolçu bizim oyun modelinə uyğun gəlməlidir. Onun Azərbaycan, Qazaxıstan və ya hansısa ölkədən gəlməsi vacib deyil. Önəmlisi odur ki, axtardığımız şəxs bizimlədir. Skaut şöbəmizin Juninyo barədə daha çox məlumat verdiyi oyunçunun keçidini gerçəkləşdirmək istəyirəm. Juninyo skaut köməyi ilə alınmayıb, baş məşqçimiz Felipe Luislə mənim ümumi bazar biliyimiz və hazırda "Flamenqo" hücumçusunda axtardığımız xüsusiyyətlərə idealcasına uyğun gələn oyunçudur. Amma düzgün proses belə olmalıdır ki, skautinq bizə Juninyonu təqdim etsin və biz izləyə, müzakirə edə və ən yaxşılarını seçə bilək".

Qeyd edək ki, Joze Boto "Flamenqo"dakı işinə 30 dekabr 2024-cü ildən başlayıb. O, əvvəllər Xorvatiya, Yunanıstan, Ukrayna və Portuqaliya klublarında idman direktoru, məşqçi və skaut şöbəsinin direktoru vəzifələrində çalışıb. Olavio Juninyo isə "Qarabağ"a Portuqaliya "Şaviş"indən transfer olunub. Braziliyalı forvard "Flamenqo"ya 5 milyon avroya keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər