11:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın “Fiqeyrense” klubu “Qarabağ”dan “Flamenqo”ya keçən sabiq futbolçusu Juninyoya görə FİFA qarşısında iddia qaldıra bilər.

Teleqraf.com xəbər verir ki, 29 yaşlı hücumçunun hələ 2018-ci ilin ikinci yarısında “Fiquerense” ilə müqaviləsində müvafiq bənd olub. Belə ki, FİFA-nın həmrəylik bəndi futbolçunun 23 yaşına qədər hətta icarə əsasında çıxış etdiyi klublar üçün də keçərlidir. Bu qaydaya əsasən, “Fiqeyrense” futbolçunun hər il üçün növbəti satışından 0,5 faiz pay almalıdır.

Juninyo 2018-ci ilin may ayında - 22 yaşında ikən “Atletiko Paranaense”dən icarə əsasında B Seriyasında oynamaq üçün “Fiqeyrense”yə keçmişdi. Mövsümün sonuna qədər - 8 ay burada qalan hücumçu yalnız doqquz oyunda start heyətində meydana çıxıb və iki qol vurub. O, "Qarabağ"dan "Flamenqo"ya 5 milyon avroya transfer olunub. Bu isə o deməkdir ki, "Fiqeyrense" Juninyonun son satışından 16 min avro qazanmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər