12:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Paris” və İsrailin “Təl-Əviv” klubları arasındakı basketbol üzrə Avroliqa görüşü azarkeşlər tərəfindən boykot edilib.

Teleqraf.com xəbər verir ki, Parisdə “Adidas Arena”da baş tutmuş qarşılaşmadan əvvəl Fələstin dəstəkçiləri oyunun keçirilməsinə mane olmaq istəyiblər.

Nümayişçilər Fransa prezidenti Emmanuel Makron və İsrail əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, oyun “Paris”in 96:83 hesablı qələbəsi ilə yekunlaşıb.


Müəllif: Adil Nəhmətli

Oxşar xəbərlər