12:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məni tanıyan adamlar bilir ki, həm işimdə, həm də həyatımda ən yaxşısına nail olmağa çalışıram. Harada olsam, məqsədim “1 nömrə” olmaqdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Qarabağ”ın və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Zədədən yeni qayıdan 31 yaşlı qolkiper Ağdam klubunda əsas qapıçı uğrunda rəqabətdən söz açıb: “Oyunlarda özümü daha yaxşı tərəfdən göstərməyə çalışıram. Bir müddət yaşıl meydanlardan uzaq düşdüm. Qurban Qurbanov da mənə şans verir ki, yenidən formamı bərpa edim. Əminəm ki, daha yaxşı oynaya bilərəm. Bunun üçün əlimdən gələni edirəm”.

Təcrübəli oyunçu Azərbaycan millisinə yenidən dəvət almaq istədiyini də bildirib: “Yığmanın yeri xüsusidir. Çünki böyük qürur hissimiz və fəxr yerimizdir. Bunu başa düşmək üçün komandanın içində olmaq lazımdır. Hər dəfə uduzanda məyus olursan. Hədəfim odur ki, yığmaya geri qayıdım. Əlimdən gələni edəcəyəm ki, yığmaya dəvət alım və yenidən şans qazanım”.

Qeyd edək ki, Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununu Belarus yığmasına qarşı keçirəcək. Yoldaşlıq görüşü martın 25-də Bakıda baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər