"Zirə" və "Araz Naxçıvan" arasındakı futbol üzrə Azərbaycan Premyer Liqasının XIX tur matçında qalmaqal baş verib.
Teleqraf.com-un məlumatına görə, 44-cü dəqiqədə baş hakim Əliyar Ağayevin aut qərarına meydan sahiblərinin futbolçusu Salifu Suma məhəl qoymayıb. Oyunu davam etdirən qvineyalı müdafiəçi qonaq komandadan Qara Qarayevin təpkisi ilə üzləşib. Məsələyə Sumanın komanda yoldaşı Rafael Utziq qarışıb. O, Qarayevə daha sərt formada reaksiya verib.
Nəticədə futbolçular arasında mübahisə böyüyüb. Ara sakitləşdikdən sonra referi Qarayev və Utziqə sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda oyunda ikinci hissə gedir və "Zirə" hesabda öndədir - 1:0.