Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Barış Alper Yılmaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Teleqraf.com "Fotomaç"a istinadən xəbər verir ki, hazırda 24 yaşlı yarımmüdafiəçinin "Vest Hem"ə keçidi gündəmdədir.
"Cim Bom" ötən yay "Nottingem Forest"in təklif etdiyi 20 milyon avroluq, bu yaxınlarda isə "Vest Hem"in 30 milyon avroluq təklifini rədd etmişdi. İstanbul klubu "çəkicdöyənlər"dən 40 milyon avro tələb edib. Tərəflərin danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Barış Alper Yılmaz cari mövsüm 29 oyunda 11 qol və 1 məhsuldar ötürmə müəllifi olub.