“Premyer Liqada əcnəbi oyunçularla bağlı hansısa qərar akademiyaların fəaliyyətinə heç bir mənfi təsir göstərə bilməz. Çünki daha çox rəqabətədavamlı futbolçular yetişdirilməlidir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Sabah” futbol klubunun kordinatoru Təbriz Həsənov növbəti mövsümdən legioner limitinin ləğv edilmə ehtimalı barədə danışarkən deyib.
57 yaşlı mütəxəssisin sözlərinə görə, nəzərdə tutulan dəyişiklik nəinki “Sabah”a, heç bir akademiyaya mənfi təsir göstərməyəcək: “Bu halda nəinki akademiyaların fəaliyyəti zəifləməli, əksinə, güclənməlidir. “Sabah” Futbol Akademiyası ölkədə həmişə seçilənlərdən olub. İndi də belədir. Maliyyə baxımından da əvvəl necə, indi də o cür dəstək göstərilir”.
Qeyd edək ki, 2024-cü ilin dekabrında AFFA İcraiyyə Komitəsinin qapalı iclasında 7+4 limitinin aradan qaldırılması təklif edilib. Təklifin “Sabah”ın prezidenti Maqsud Adıgözəlov tərəfindən verildiyi deyilir.