
İlk dəfə Azərbaycanda keçiriləcək 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarının iştirakçı komandalarının adlarına aydınlıq gəlib.
Teleqraf.com xəbər verir ki, Bakıda təşkil olunacaq seçmə mərhələ oyunlarına həm kişi, həm də qadınlardan ibarət 3x3 Azərbaycan millisi qatılacaq.
Eyni zamanda, Monteneqro, Kanada, Böyük Britaniya, Ruanda, İran kişi yığmaları və Çili, Latviya, Çin Taypeyi, Braziliya, Misir qadın seçmələri də əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Oyunlar 24 - 25 mayda keçiriləcək.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya Kubokunun əsas mərhələsində iştirak hüququ qazanacaq.