Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tur çərçivəsində “Neftçi” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Teleqraf.com xəbər verir ki, turun ikinci oyununda “ağ-qaralar” “Neftçi Arena”da “Şamaxı”nı məğlub edib - 1:0.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi oyunda yeganə qolu 45+4-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub.
Flaqman bu qələbə ilə xal sayını 21-ə çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Şamaxı” isə 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Premyer Liqasının XXI turunda “Kəpəz” evdə “Sabah”ı məğlub edib - 3:2. Turun növbəti günlərində “Sumqayıt” -“Araz- Naxçıvan”la, “Turan Tovuz” - Səbail”lə, “Zirə” - “Qarabağ”la qarşılaşacaq.