31 Yanvar 21:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

“XX turda “Araz-Naxçıvan”a qarşı məğlubiyyətin ən böyük günahkarını özümdə görürəm. Mən fikirləşdim ki, daha çox hücum etməliyik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov “Neftçi Arena”da “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdikləri görüş barədə danışarkən deyib.

“Ağ-qaralar”ın çalışdırıcısı 3 oyun sonra qazanılan qələbəni belə şərh edib:

“Bu komandalar hamısı bizim üçün çətindir. Asan oyun yoxdur. Bütün oyunlarda bu cür əziyyət çəkməyimiz normaldır. Ən xoş olan tərəf bu gün mənim üçün nizam-intizamlı oynamağımız idi. Rəqibə fürsət vermədik. Bütün çətinliklərin öhtəsindən gəlmək komanda üçün böyük uğurdur. Kuboka da köklənmişik. Ağır həftələrə gedirik. Çalışmalıyıq. Dəyişikliklər etməliyik. Oyunçularıma inanıram. Reallıqları ortaya qoyduq. Rəqibə imkan verməməliyik, nizam intizamlı oynamalıyıq. Əgər yaxşı oyun istəyiriksə, buna bir anda nail olmaq olmaz. Bu bir prosesdir. Bu bizim üçün bu günki gündə önəmlidir. Narazı olduğum anlar da var ki, bunlar tələskənliyimiz və topu yersiz itirməyimizdir. Məncə, komandada dəyişikliklər var”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XXI turunda “Şamaxı”ya 1:0 hesabla qalib gələrək 21 xalla turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər