İtaliyanın "Milan" klubunun futbolçusu Alvaro Morata icarə əsasında Türkiyənin "Qalatasaray" komandasına keçib.
Teleqraf.com İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı ispaniyalı hücumçu 2026-cı il yanvarın 20-dək "Cim-Bom"da çıxış edəcək.
Morata 2024-cü ilin yayında İspaniyanın "Atletiko Madrid" klubundan "Milan"a keçib.
Qeyd edək ki, Alvaro Morata bu mövsüm 25 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. O, İspaniya milli komandasının kapitanıdır.