17:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sumqayıt" klubu futbolçusu Cordan Rezabala ilə yollarını ayırıb.

Teleqraf.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb.

"Gənclik şəhəri"nin təmsilçisi Rezabalaya göstərdiyi xidmətlərə görə təşəkkür edirək gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Cordan Rezabala 2024-cü ilin fevral ayından "Sumqayıt"da çıxış edirdi.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər