11:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün şahmat üzrə Azərbaycan çempionatında qadınlar arasında mübarizəyə start veriləcək, kişilər arasında isə növbəti mərhələ başlayacaq.

Teleqraf.com xəbər verir ki, reqlamentə əsasən 1/8 final mərhələsindən başlayacaq qadın şahmatçıların yarışı 12 günü əhatə edəcək.

Bu mərhələdə son Avropa çempionu Ülviyyə Fətəliyeva Məryəm Ağaverdiyeva ilə üz-üzə gələcək. Günay Məmmədzadə isə Lalə Hüseynova ilə münasibətlərinə aydınlıq gətirəcək.

Kişilərin yarışında tanınmış qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Aydın Süleymanlı, Rauf Mamedov və Vasif Durarbəyli mübarizəyə 1/8 final mərhələsindən qoşulacaqlar. Turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olacaq. Bütün görüşlər saat 15:00-da start götürəcək.

Azərbaycan çempionatı, 1/8 final

Kişilər

Şəhriyar Məmmədyarov (2732) - Fərid Abbasov (2487)
Nicat Məmmədov (2582) - Məhəmməd Muradlı (2588)
Nicat Abasov (2616) - Misrətdin İskəndərov (2515)
Read Səmədov (2501) - Aydın Süleymanlı (2623)
Rauf Məmmədov (2656) - Vüqar Rəsulov (2500)
Əhməd Əhmədzadə (2543) - Vasif Durarbəyli (2614)
Eltac Səfərli (2609) - Vüqar Əsədli (2551)
Namiq Quliyev (2487) - Teymur Rəcəbov (2698)

Qadınlar

Lalə Hüseynova (1972) - Günay Məmmədzadə (2412)
Nərmin Abdinova (2186) - Səbinə İbrahimova (2177)
Mələk İsmayıl (2122) - Gülnar Məmmədova (2333)
Xanım Balacayeva (2355) - Ləman Hacıyeva (2079)
Məryəm Ağaverdiyeva (2031) - Ülviyyə Fətəliyeva (2381)
Ayan Allahverdiyeva (2284) - Zeynəb Məmmədyarova (2145)
Nərmin Kazımova (2167) - Türkan Məmmədyarova (2197)
Gövhər Beydullayeva (2404) - Səbinə Rzalı (2027)

Qeyd edək ki, kişilərin yarışının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Çempionata 15 fevralda yekun vurulacaq.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər