26 Fevral 2015 10:03
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Monako"nun hücumçusu Dimitar Berbatov Çempionlar Liqasının 1/8 finalında qalib gəldikləri "Arsenal"la ilk oyun (3:1) haqda danışıb.

Qol.Az-ın məlumatına görə, bolqarıstanlı futbolçu BBC-yə açıqlamasında komandasının qələbəyə layiq oynadığını bildirib:

"Gücümüzə inanırdıq və düzünü desəm, qələbəyə layiq idik. Ələ düşən imkanlardan maksimum yararlandıq və parlaq qələbə qazandıq. Ancaq hələ heç nə həll olunmayıb. Monakoda cavab oyunu var. "Arsenal" yaxşı komandadır. Lakin bu oyunda qələbəni biz daha çox istədik".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı martın 17-də, Monakoda keçiriləcək.


Müəllif: