26 Fevral 2015 11:02
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maraqlı oyun oldu. Hər iki komanda qol epizodları yaratdı. Birinci hissədə qol vurmaq üçün şanslarımız daha çox idi. Ancaq bunu bacarmadıq. Məğlubiyyətə baxmayaraq, nəticədən məmnunam".

Bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeno Çempionlar Liqasının 1/8 finalında "Bayer"ə (Leverkuzen) səfərdə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

"Almanlarla səfərdə oynamaq çətindir. "Bayer" güclü rəqibdir. Belə komandalara qarşı onlar qədər yaxşı oynamaq lazımdır. Nəticə daha pis ola bilərdi"- deyə o bildirib.

D.Simeone futbolçusu Tiaqo Mendeşin matç ərzində ikinci sarı vərəqə alaraq meydandan qovulmasına da münasibət bildirib. O qeyd edib ki, hakim T.Mendeşi cəzalandıraraq düzgün qərar verib./qol.az/


Müəllif: