Topaz Premyer Liqasında ötən turun ən yaxşı futbolçuları müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, Peşəkar Futbol Liqası ənənəvi olaraq, "InStat Football" şirkətinin təqdim etdiyi statistik məlumatlar əsasında 30-cu turun rəmzi komandasını açıqlayıb:
Qapıçı – Saşa Stamenkoviç (Neftçi);
Müdafiəçilər – Matiya Spiçiç (İnter), Yohan Bokonyano (İnter), İqor Mitreski (Neftçi), Etto (Bakı);
Yarımmüdafiəçilər – Mikel Alvaro (İnter), Abdulla Abatsiyev (İnter), Asif Məmmədov (İnter), Əfran İsmayılov (Bakı);
Hücumçular – Reynaldo (Qarabağ), Draqan Çeran (Simurq).
“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva isə turun ən yaxşı oyunçusu seçilib.