16 May 2014 13:31
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karate üzrə 11 qat dünya, 4 qat Avropa çempionu Rafael Ağayev yenə aldığı mükafatla federasiyanı və bütün idmansevərləri sevindirib. Belə ki, idmançı “4-cü dan” qara kəmər ustası adına layiq görülüb. Rafael Ağayev sevincini publika.az-la bölüşdü:

“Çox sevinirəm, bu, mənim üçün böyük fərəhdir. 4-cü dan qara kəmər titulunun diplomu dünən verilib. Mükafatı Ümumdünya Karate Federasiyasının prezidentinin imzası ilə AKF-nin rəhbəri Yaşar Bəşirov təqdim edib”.

Finlandiyanın Tampere şəhərində keçirilən 49-cu Avropa çempionatından bir neçə gün əvvəl dizindən növbəti dəfə əməliyyat olunan "Dünya karatesinin briliyantı" hazırda vəziyyətinin yaxşı olduğunu və bərpa dövrünü keçdiyini bildirib:

“Yavaş-yavaş yüngül məşqlərlə başlayıram. Ayın 20-dən isə tam məşqləri bərpa edəcəm”.

Aygün İlqarqızı


Müəllif: