2 Mart 2015 16:43
1 056

"Barselona"nın forvardı Luis Suares "Mançester Siti"nin maraq dairəsinə düşüb.

Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, Premyer Liqa klubu uruqvaylı hücumçunun transferi üçün 100 milyon funtundan keçməyə və ya Serxio Aqueronu qarşı tərəfə verməyə hazırdı.

FIFA tərəfindən "Barselona"ya qoyulmuş transfer qadağasına görə, Kataloniya klubu əgər ikinci varianta üstünlük versə, müqavilə ancaq 2016-cı ilin yanvarında imzalana bilər.

Suares Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Mançester Siti" ilə görüşdə dubl edib.

Qeyd edək ki, "Barselona" ötən ilin yayında Suaresi "Liverpul"dan 75 milyon funta transfer etmişdi.

Rüstəm


Müəllif: