3 Mart 2015 05:21
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 6-7-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran-pri turniri keçiriləcək.

Turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək.Teleqraf.com-un məlumaına görə, baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 10 güləşçimiz turnirə yollanacaq.

Əhmədnəbi Qvarzatilov, Ruhlan Məmmədov (hər ikis 61 kq), Hacı Əliyev (65 kq), Toğrul Əsgərov (70 kq), Cəbrayıl Həsənov, Kənan Əliyev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 97 kq) və Əli Maqomedabirov (125 kq) yarışda qüvvəsini sınayacaqlar. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.


Müəllif:

Oxşar xəbərlər