4 Mart 2015 17:06
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək I Avropa Oyunlarının medalları təqdim olunub.

Teleqraf.com-un məlumatına görə, qızıl, gümüş və bürünc medallar üzərində dekorativ "Bakı 2015" brendinə uyğun hazırlanmış unikal təsvirlər əks olunub.

Mərkəzində "Bakı 2015" loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdır. Medalın əks tərəfi isə Avropa Olimpiya komitələrinin emblemini və mətn simvolunu əks etdirir.

Medalların tərtibatı 2014-cü il Soçi Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını da hazırlamış məşhur zərgərlik brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar "Azərsuvenir" şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

Bakı 2015-in startına 100 gün qalması ilə əlaqədar keçirilən tədbir zamanı çıxış edən Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq medalların tərtibatının təqdim olunmasına da münasibət bildirib: “Avropa Oyunları medallarının bədii tərtibatını ictimaiyyətə təqdim etməklə, 100 günlük geri sayımın başlanğıcını qeyd etmək və Bakıda yarışacaq qitənin ən güclü idmançılarının uğurlarını səbirsizliklə gözləmək də həyəcanvericidir. Biz idmançıları özlərini daha yaxşı göstərə biləcəkləri arenalarla təmin edəcəyik. Mən bu gözoxşayan medal tərtibatlarının onların cəhdlərinə qarşılıq verəcəyinə inanıram”.

Təqdimetmədə bürünc medal Teymur Məmmədov, gümüş İlham Zəkiyev, qızıl isə Namiq Abdullayevin boynundan asılıb.


Müəllif:

Oxşar xəbərlər