4 Mart 2015 19:22
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid klubu "Porto"nun üzvü Danilonu heyətinə qatmaq niyyətindədir.

Teleqraf.com “Marca”a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi La Liqa nəhənginə keçməyə razıdı və öz agentinə ispanlarla danışıq aparmağı tapşırıb.

Daha öncə bildirilirdi ki, "Barselona" da Danilonu almaq istəyir, ancaq Kataloniya klubu FIFA-nın transfer qadağasına görə 2016-cı ilə qədər heyətini yeni oyunçu ilə gücləndirə bilməz.

Danilo "Porto" ilə müqaviləsini uzatmaqdan imtina edib. Onun Portuqaliya klubu ilə hazırki sözləşməsi növbəti ilin yayında qədərdi. 23 yaşlı "sambaçı"nın təzminat qiymətinin 50 milyon avro olduğu bildirilir.

Rüstəm


Müəllif: