Nigeriya Premyer Liqasının son qalibi "Kano Pillars" klubunun avtobusuna silahlı basqın edilib.
Klubun rəsmi "tvitter" sosial şəbəkəsindəki səhifəsindən verilən açıqlamada 5 futbolçunun yaralandığı bildirilib.
Sabah səfərdə "Heartland"la qarşılaşacaq "Kano Pillars" klubu Abajidən Overri şəhərinə gedərkən şəxsiyyəti bilinməyən bir qrup tərəfindən silahlı basqına məruz qalıb.
Nəticədə avtobusda olan komandanın üzvlərindən Qambo Məhəmməd, Reuben Oqbonaya, Eneji Otekpa, Murtala Adamu və Ubonq Ekpai yaralanıb. Həmin futbolçular Lokoja şəhərindəki xəstəxanaya aparılıb.
Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar "Heartland" - "Kano Pillars" oyunu təxirə salınıb./qol.az/