Barselonadakı test zamanı qəzaya uğrayan “Mcklaren” pilotu Fernando Alonso yaddaşını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “El Pais” yayıb.
Yaddaşı 20 il öncəyə - 1995-ci ilə qayıdan ispaniyalı dünya çempionu ona kimliyi və nəylə məşğul olduğu barədə verilən sualı belə cavablandırıb:
"Mən Fernandoyam. Kartinq üzrə çıxış edirəm və Formula 1 pilotu olmaq istəyirəm".
Hazırda Alonsonun vəziyyəti yaxşıdı və o, artıq hər şeyi olduğu kimi xatırlayır.
Rüstəm