"Marsel"in forvardı Andre-Pyer Jinyak "Yuventus"un maraq dairəsinə düşüb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu yay "transfer pəncərəsi"ndə fransız futbolçunu heyətinə qatmaq istəyir.
"Qoca Sinyora" oyun təcrübəsinin azlığı səbəbindən komandadan ayrılması gündəmdə olan Fernando Lorentenin boşluğunu məhz Jinyakla doldurmaq fikrindədi.
Cari mövsümdə Liqa 1-də 24 matçda meydana çıxan 29 yaşlı forvardın aktivində 14 qol var.
Rüstəm