Azərbaycan gimnastı Oleq Stepko martın 4-6-da Bakıda Milli Gimnastika Arenasında keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında beşqat çempion olub.
Teleqraf.com xəbər verir ki, Stepko dördüncü qızıl medalını tirlər üzərində hərəkətlərdə 15,366 baş toplayaraq qazanıb. Azərbaycanın digər təmsilçisi Pyotr Paxnyuk isə bu yarışda 15,266 bal toplayaraq dördüncü gümüş medalını əldə edib. Üçüncü yeri türkiyəli Əhməd Öndər tutub (14,800 bal).
Stepko daha sonra turnirdə paralel tirlər üzərində hərəkətlərdə beşinci qızıl medal qazanıb. İkinci yeri norveçli Stian Skyerahauq, üçüncü yeri isə rumın İoan Nistor tutub.
Rüstəm