“Kalyari” klubu baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, komandanın tanınmış çalışdırıcısı Canfranko Zola postundan uzaqlaşdırılıb.
Son vaxtlar uğursuz çıxışla diqqət çəkən və artıq təhlükəli zonaya düşən “Kalyari”nin bu nəticələri klub bosslarını da qəzəbləndirib. Nəticədə onlar Zolanı vəzifəsindən qovmaq qərarına gəliblər.
Qeyd edək ki, “Kalyari” son 6 çempionat matçında cəmi 1 xal toplayıb və hazırda 18-ci pillədə qərarlaşıb.