Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı "Panevejis-2015" turnirinə yekun vurulub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan yığma komandası yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.
İlk yarış günü 500 metr məsafəyə sprint növündə qızıl medal əldə edən Olqa İsmayılova 200 metrə mübarizədə də fəxri kürsüyə qalxmağı bacarıb. O, yalnız yerli idmançıdan geri qalmaqla turnirin gümüş medalını qazanıb.
Digər idmançılarımıza gəlincə, ağır zədədən sonra yenidən məşqləri bərpa edən Sergey Omelçenko keyrində 5-ci, 200 metr məsafəyə sprint yürüşündə 8-ci olub.
Yığmamızın gənc üzvü Nicat Niftəliyev isə sprintdə 14-cü nəticə göstərib.