10 Mart 2015 18:57
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən La Liqa nəhəngi bu matçın favoriti hesab olunur.

Teleqraf.com xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalının cavab oyunu çərçivəsində bu axşam "Şalke" ilə üz-üzə gələcək "Real" yeni rekordun bir addımlığındadı.

Madrid təmsilçisi bu gecə almanlara qalib gələcəyi təqdirdə qitənin ən nüfuzlu klub turnirdə ardıcıl 11-ci qələbəsini qazanmış olacaq.

Bununla da, "Real" Çempionlar Liqası tarixində ardıcıl ən çox qələbə qazanan komanda adına sahib çıxacaq.

Tərəflər arasında Almaniyada keçirilən qarşılaşmada ispanlar 2 cavabsız qolla qələbə qazanmışdı.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər