17 May 2014 16:30
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi "Lans" klubu Fransa ikinci liqasında mövsümün son matçına çıxıb.


ANS PRESS-in məlumatına görə, "Land of Fire Azerbaijan" formalı komanda 38-ci turda səfərdə "Bastiya" ilə qarşılaşıb.


"Lans" autsayderlə görüşdə 2:0 hesabı ilə qalib gəlməklə turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və Fransanın yüksək liqasına vəsiqə qazanıb.


Qeyd edək ki, Anton Kambuarenin komandası 2011-ci ildə ikinci liqaya düşmüşdü.


Müəllif: