12 Mart 2015 14:49
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Real Madrid” klubu “Porto”nun müdafiəçisi Danilonun keçidini həll edib.

Teleqraf.com “Globo Esporte”yə istinadən xəbər verir ki, 23 yaşlı braziliyalı oyunçu Madrid klubu ilə 5 illik müqavilə haqda razılığa gəlib.

Saziş təxminən 20-30 milyon avro dəyərində qiymətləndirilir. “Porto” futbolçusunu satmağa razılıq verib. Çünki Danilo “əjdahalar”la növbəti ilin sonuna kimi nəzərdə tutulan müqaviləsini uzatmaqdan imtina edib.

Belə olan təqdirdə Portuqaliya klubu “sambaçı”nı havayı buraxmaq niyyətində deyil.

“Real Madrid” Alvaro Arbeloa və Fabio Koentraonun yayda komandadan mümkün gedişini nəzərə aldığı üçün yeni müdafiəçi ilə güclənməyi planlaşdırır.

Rüstəm


Müəllif: