12 Mart 2015 15:43
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının pley-off mərhələsində məğlub etdikləri “Çelsi” komandasının futbolçularını lağa qoyub.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, matçın 30-cu dəqiqəsində qırmızı vərəqə alan isveçli futbolçu rəqib komandanın oyunçularını körpə adlandırıb.

O bildirib: “Qırmızı vərəqə alanda hakimin nə etdiyini bilmədiyini düşündüm. Meydanda hakimin olduğuna da inanmırdım. “Çelsi”li futbolçular tez-tez hakimlə oynayırdılar. Ətrafımda ağlayan 11 körpə var idi”.

Qeyd edək ki, Londonda keçirilmiş matç 2-2 hesabı ilə başa çatıb. İlk oyun 1-1 hesabı ilə yekunlaşdığına görə PSJ növbəti mərhələyə yüksəlib.


Müəllif:

Oxşar xəbərlər