13 Mart 2015 10:24
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“PSV”-nin yarımmüdafiəçisi Memfis Depay “Liverpul”un maraq dairəsinə düşüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “Qırmızılar”ın baş məşqçisi Brendan Rocers hollandiyalı futbolçunun komandasının oyun tərzinə uyğun olduğunu düşünür.

Cari mövsümdə Hollandiya çempionatında 22 matçda meydana çıxan Depayın aktivində 16 qol və 4 məhsuldar ötürmə var.

Keçən yay "Mançester Yunayted" və "Tottenhem" Depayı transfer etmək istəyib.

Rüstəm


Müəllif: