17 May 2014 14:11
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış reper Pitbull Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün yazdığı mahnıya klip çəkdirib.

Teleqraf.com xəbər verir ki, reper bu mahnını Cennifer Lopez və braziliyalı müğənni Klaudiya Leytte ilə birlikdə ifa edib. Kompozisiya “Biz birik” adlanır və Dünya Çempionatının mahnılar siyahısına əlavə edilib.

Klip 1 gündə 2 milyondan çox insan tərəfindən izlənilib.

Qeyd edək ki, 2010-cu il Cənubi Afrikada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi mahnısı "Waka, Waka" ifaçısı Kolombiyalı müğənni Şakira idi.

Uğur


Müəllif: