17 May 2014 14:19
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdoçularımız təlim məşq toplanışı keçmək üçün Türkiyənin Antaliya şəhərinə yollanıblar.

Teleqraf.com xəbər verir ki, artıq 3-cü gündür Türkiyədə olan idmançılarımız qarşıdan gələn yarışlara hazırlaşırlar.

Antaliyada təlim məşq toplantısında olan idmançılarımız arasında paralimpiya, dünya və Avropa çempionları da var - 2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu İlham Zəkiyev; Avropa və dünya çempionu Nicat Şıxəlizadə; dünya çempionu Elxan Məmmədov və dünya çempionatının və dünya kubokunun sahibi Elxan Rəcəbli və başqaları.

Qeyd edək ki, 2 qat dünya, 5 qat Avropa çempionu İlham Zəkiyev 3-cü dəfə dünya çempionu adını qazanmaq üçün məşqlərini davam etdirir. Zəkiyev sentyabr ayında keçiriləcək dünya çempionatına hazırlaşır.

Aygün İlqarqızı


Müəllif: