13 Mart 2015 13:53
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uruqvaylı futbolçu Luis Suares “Liverpul”u tərk etməsinin səbbələrini açıqlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Suares açıqlamasında daim izlənməkdən yorulduğunu deyib.

“İngiltərədə mətbuatının mənə qarşı kampaniya aparıb-aparmadığını deməkdə çətinlik çəkirəm. Ancaq onu bilirəm ki, haqqımda layiq olmadığım məqalələr yazıldı”.

O, sözlərinə belə davam edib: "İngiltərədən ayrılmağımın səbəblərindən biri də onlardı. Jurnalistlərin hər şeylə maraqlanmalarından yorulmuşdum. İspaniyaya köçsəm də, ingilislər yenə nəsə axtarırmağa davam edirlər”.

Rüstəm


Müəllif: