“Barselona”nın müdafiəçisi Dani Alvesin “PSJ” ilə 3 illik müqavilə imzaladığı və illik 9 milyon avro qazanacağı barədə xəbər yayılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" qəzeti yazıb. Braziliyalı futbolçu isə bütün bu söz-söhbətlərə son qoyub:
"Siz həqiqətən də bunlara inanırsınız? Mən artıq cəfəngiyyatlardan yorulmuşam. "Barselona"nı sevirəm və burada oynamağa davam edəcəyəm.
Getmək zamanı gələndə bu barədə mən özüm məlumat verəcəyəm".
Rüstəm