“Real”ın yarımmüdafiəçisi Sami Xedira gələn mövsümdən etibarən “Şalke”nin futbolçusu olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Çempionlar Liqasının 1/8 finalı çərçivəsində “Real” və “Şalke” arasında oynanılan cavab görüşündən sonra tərəflər arasında razılıq əldə olunub. Daha öncə “Arsenal” alman futbolçu ilə yaxından maraqlanırdı.
Xedira cari mövsümdə “Real” forması ilə 16 matçda meydana çıxıb.
Rüstəm